RU

İtaliyalı futbolçu “Real”a təklif edildi

İtaliya millisinin və “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali “Real”a təklif olunub.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun agentləri Madrid klubuna onun 80 milyon funt qarşılığında transferinin mümkün olduğunu bildiriblər. Oyunçunun özü isə İngiltərədə qalmaq istəyir.

İddialara görə, “Real Madrid” Rodrini transfer edə bilməsə, Tonali variantını dəyərləndirəcək.
Tonali bu mövsüm 47 oyunda 3 qol və 7 assist edib.

Избранный
52
idmanxeber.az

1Источники