RU

Ondan yaxşı qardaş yox idi

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

(El ağsaqqalı, riyaziyyat müəllimi qardaşım Maarif Ağamalı oğlunun 85 illiyinə)

Aprelin 1-də doğuldu, 15 il qabağın mayında dünyasını dəyişdi. Böyük qardaşımızdan 4 yaş kiçik ikinci böyük qardaşımızdı. Qardaşdan ötə idi, ata kimi baxırdı bizə. Öz əliylə tikdiyi kəndin üstündəki evini doğma ocağımız sanırdıq, heç vaxt ondan yadlıq, inciklik görmədik, elə bil doğma atamız idi. Elə özü də bizə öz uşaqları kimi baxırdı. Ondan yaxşı qardaş yox idi. Amma vəfasız çıxdı, ha dedik özünü qoru, qorumadı, yayın qızmarında, qışın şaxtasında yaralı canını elinə, peşəsinə, müəllim adına qıydı.

Olduqca obyektiv adam idi, heç vaxt haqqı nahaqqa qurban verməzdi. Sözün düzünü deyərdi, istər elm oxuyan olsun, istər muğam, mahnı. Qəti ayrı-seçkilik etməzdi ki, bu şirvanlıdır , ya qarabağlı. Ürəyinə yatanı deyirdi. Yadımdadır, adını çəkməyim, gənc qarabağlı balasının Məcnunu tanışlıqla “qəsb etdiyini” deyəndə, “onun kimi gözəl oxuyan var?!” suallı-nidalı cavabı ilə nöqtəni qoydu. Bir dəfə hələ 5-6-cı siniflərdə oxuyan  Səlimə böyük ümidinin olduğunu deyəndə, bir nəfər qayıtdı ki, sənin ümidin öz uşaqlarına ola bilər. Qardaşım bunu müəllim kimi dediyini və elə onun da özünün olduğunu, bibisinin nəvəsi olduğunu vurğuladı. Onu da vurğulayım ki, qardaşım-müəllimim yanılmamışdı...

Bu dünyadan bir insan, bir müəllim, bir qardaş, bir ata, bir dost da belə keçdi. Bəlkə də onun xəstələnməyinə də, tez ölümünə də elə özüm(üz) nədən olduq. Ağrılarımızla, problemlərimizlə üzdük ağrılar içində üzülən atamızı, qardaşımızı. Sonbeşik oğlu Firuz bir yandan, mən bir yandan, o biri o  yandan. (Firuz deyirdi ki, ölüm yatağında olanda bizim ikimizin adını çəkibmiş.)

 Qardaşın dost olsa, qardaş yaxşıdır, oğuzlar deyib. Qardaşım dostluğa vəfasız çıxdı, bizi haqq dünyasına dəyişdi. Yaşasaydı, 85 yaşı olacaqdı. Ad günün mübarək, Maarif qaqam!

Məğrub Bədəl

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
hurriyyet.az

1Источники