RU

Ağ Evdə 400 milyon dollarlıq BUNKER: Tramp təsadüfən gizli sığınacağın detallarını AÇIQLADI – FOTO

Tramp təsadüfən Ağ Ev ərazisində prezident bunkerinin tikintisi ilə bağlı məxfi məlumatları açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə aparılan yenidənqurma işləri ilə bağlı məhkəmə çəkişməsi zamanı gizli sığınacağın tikintisi ilə bağlı məxfi məlumatları ictimaiyyətə açıqlayıb.

Federal hakimin “böyük zalın” yenidən qurulması işlərinin Konqresin razılığı alınana qədər dayandırılması barədə qərarı prezidentin narazılığına səbəb olub və o, layihənin təfərrüatlarını, o cümlədən xərcini gizlətməyib.

Tramp bildirib ki, əslində, söhbət sadəcə tarixi zalın bərpasından deyil, ölkə başçısı üçün 400 milyon dollar (təxminən 680 000 000 manat) dəyərində nəzərdə tutulan gizli sığınacaqdan gedir.

Məlumata görə, bu sığınacaq gülləkeçirməz pəncərələr, kimyəvi hücumlardan qoruyan kondisioner sistemləri, bioloji müdafiə vasitələri, təhlükəsiz telekommunikasiya və rabitə sistemləri, əlavə bomba sığınacağı, tibbi mərkəz və dam hissəsində pilotsuz uçuş aparatlarından (PUA) xüsusi müdafiə sistemi ilə təchiz olunacaq.

Prezident administrasiyası federal hakimin dayandırma qərarından şikayət verib.

Tramp daha əvvəl israr edirdi ki, bu təmir işləri Ağ Evdə yüksək səviyyəli qonaqların qəbulu üçün kifayət qədər yerin olmaması səbəbindən zəruridir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
54
11
interpress.az

10Источники