RU

Ramanada yağış sularının yaratdığı fəsadlara görə əksər şagirdlər məktəbə gəlmirlərVİDEO

Yağış suları səbəbindən dayanan tədris prosesi yenidən bərpa edilsə də, şagirdlərin çoxu məktəbə gəlmir.

Xezerxeber.az xəbər verir ki, görüntülər Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 296 nömrəli tam orta məktəbdəndir. Valideynlərin iddialarına görə, şagirdlərinin əksəriyyəti məktəbə gedə bilmir.

Sakinlər deyirlər ki, məktəbdə tədris bugün bərpa edilib Amma yaranmış vəziyyət səbəbindən davamiyyət xeyli aşağı olur.

Məktəbin işçisi Ayaz Əhmədovun sözlərinə görə isə, problemə səbəb ərazidə kanalizasiya xəttinin olmamasıdır. Yağış suları təkcə məktəbin həyətinə yox, bəzi məhəllələrə, evlərə də dolub.

Məktəbdən o da qeyd olundu ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Problemin həlli istiqamətində müvafiq işlər görülür. Mövcud vəziyyətlə bağlı 30 və 31 mart tarixlərində tədris onlayn formada təşkil olunub. Bu gündən isə ənənəvi qaydada davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
60
xezerxeber.az

1Источники