RU

Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərinin gəlirlərindən Ukraynaya külli miqdarda vəsait köçürəcək

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Avropa İttifaqı (Aİ) dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən 1.4 milyard avronu Ukraynanın hesabına köçürəcək.

Oxu.Az xəbər verir ki, müvafiq bəyanat Avropa Komissiyasının rəsmi saytında dərc olunub.

Bildirilib ki, bu məbləğ 2025-ci ilin avqustundan bəri həyata keçirilən dördüncü belə tranşdır və ötən ilin ikinci yarısında toplanmış gəlirləri əhatə edir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, bu vəsaitlər Ukraynanın dəstəklənməsi üçün istifadə olunacaq.

"Bu 1.4 milyard avro ən çox ehtiyac duyulan sahələrə - Ukrayna dövlətinin dəstəklənməsinə və həyati əhəmiyyətli dövlət xidmətlərinin saxlanmasına yönəldiləcək", - deyə fon der Lyayen qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
oxu.az

2Источники