RU

Masazırda yolda ÇÖKMƏVİDEO

Avtomobil yolu çökdü, nəqliyyat hərəkəti dayandı.

Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeron rayonundandır.

Yolda çökmə Xırdalan-Masazır-Novxanı avtomobil yolunun Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən hissəsində baş verib. Dərhal əraziyə Abşeron rayon İcra Hakimiyyətinin, Bələdiyyənin, Abşeron Su Meliorasiya Sistemləri istismarı İdarəsinin, eləcədə AAYDA-nin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb. Əraziyə Xüsusi texnikalar gətirilib, çökən yolun təmirinə başlanılıb.

Qeyd edək ki, yol örtüyündə yaranan problem nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Məlumat verilib ki, yaranmış problem qısa vaxt ərzində aradan qaldırılacaq və nəqliyyatın hərəkəti tam təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
52
xezerxeber.az

1Источники