RU

Okan Buruk "Tottenhem"in təklifini bu səbəbdən rədd edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun adı Avropa nəhənglərinin transfer siyahısında yer almağa başlayıb.

Fanat.Az xəbər verir ki, İtaliyanın nüfuzlu "Tutto Mercato" portalının yaydığı məlumata görə, İngiltərənin "Tottenhem" klubu Roberto De Zerbini komandanın başına gətirməzdən əvvəl məhz Okan Burukla rəsmi danışıqlar aparıb.

London təmsilçisi türkiyəli mütəxəssisə cəlbedici müqavilə təklif etsə də, Burukun cavabı mənfi olub.

Təcrübəli baş məşqçi mövsümün ortasında komandasını yarı yolda qoymaq istəmədiyi üçün bu təklifi geri çevirib. Okan Burukun "Qalatasaray"la hazırkı müqaviləsi növbəti mövsümün sonuna qədər qüvvədədir.

Mütəxəssisin bu qərarı sarı-qırmızılı azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Избранный
26
fanat.az

1Источники