“Tottenhem”də baş məşqçi problemi həllini tapıb.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu Roberto De Zerbinin komandaya təyin olunduğunu rəsmən açıqlayıb. 46 yaşlı italiyalı mütəxəssislə uzunmüddətli müqavilə imzalanıb.
Premyer-liqada vaxtilə “Brayton”u çalışdıran mütəxəssisin sonuncu iş yeri “Marsel” klubu olub. O, London təmsilçisində martın 29-da istefaya göndərilən İqor Tudoru əvəz edib.
Xatırladaq ki, De Zerbi karyerası ərzində “Şaxtyor”, “Sassuolo”, “Benevento” və “Palermo”nu da çalışdırıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта