RU

İran dünya çempionatı ilə bağlı yekun qərarını verdi

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

İran yığmasının bu ''pəncərədə'' oyunlarını Türkiyədə keçirdiyini xəbər vermişdik. Antalyada olan iranlılar martın 26-da Nigeriyaya 1:2 məğlub oldular. Martın 31-də isə bu komanda yenə də Antalyada Kosta Rikanı 5:0 darmadağın etdi. Qarşılaşmanın ardından İran Futbol Federasiyasının 1-ci vitse-prezidenti Məhəmməd Nəbi DÇ-2026-ya qatılmaları barədə yeni açıqlamalar verib. İran ilə ABŞ arasındakı gərginlik üzündən cənub qonşularımızın yayda baş tutacaq futbol bayramına qatılması böyük sual altındadı. Çünki mundial ABŞ, Kanada və Meksikada keçiriləcək. Daha öncə İranın idman naziri Əhməd Dünyamalı bu şərtlər altında mundiala qatılmalarının mümkünsüz olduğunu bildirmişdi. Məhəmməd Nəbi isə tamam fərqli açıqlamalar verib:

''İlk növbədə Türkiyə Futbol Federasiyasına bizə göstərdikləri qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. FİFA prezidenti Canni İnfantinonun da düşərgəmizə gəlməsi və bizə dəstək verməsindən məmnunluq duyduq. Bu addım İnfantinonun özündən gəldi. Bizim komandanı görmək istədiyini dedi. Kosta Rika ilə oyundan öncə onunla söhbət etdik və bu məqam bizim hər birimiz üçün böyük ruh yüksəkliyi oldu. Bizim mundiala qatılmağımızın qarşısında heç bir maneə yoxdu. FİFA-nın qaydalarına riayət edəcək və DÇ-də iştirak edəcəyik! FİFA ABŞ, Meksika və ya Kanadadan hansında oynamağımızı məsləhət görsə, orda da oynayacağıq''.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
1
icma.az

2Источники