RU

Qələbələr + kubok = ümid! Ayxan Abbasovlu millinin yeni hədəfi bilindi

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Srağagün millimiz başı üzərində kubok qaldırdı.Bəli, söhbət “FİFA Series – 2026” turnirinin qalibi olmaqdan gedir. Komanda martın 27-də Sent Lüsiyanı 6:1 hesabıyla yendi. İlk matçda asanlıqla qalib gəldiksə, Syerra Leone ilə dünənki oyun daha çətin keçdi. Etiraf edək ki, qonaqlar xüsusən 1-ci hissədə hesabı açmaqla yanaşı, yığmamıza çətin dəqiqələr yaşatdı. Hər halda, penalti seriyasında üzümüz güldü və tarixi anlara şahidlik etdik. AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyir ki, bu hələ başlanğıcdı. Bəs, nəyə əsasən gələcəyə ümidlə baxmalıyıq?Əvvəla, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sent Lüsiyaya qalib gəlməklə tarixinin ən böyükhesablı qələbəsini qazandı. Acı olsa da, söyləməliyik ki, bu rekordun yenilənməsi üçün bir neçə il gözləməliyik. Lakin belə uğurun yaşatdığı hisslərin qısa müddətdə unudulması, ehtirasların soyuması mümkün deyil. İkinci əsas məsələ isə ardıcıl məğlubiyyətlərin yaratdığı psixoloji təzyiqin aradan qalxmasıdı. Heç şübhəsiz, ardıcıl iki qələbə komandanın motivasiyasını da yüksək həddə qaldırıb. Təsadüfi deyil ki, artıq bir neçə milli üzvü bu barədə müsbət fikirlər səsləndirib.İndi nə etməli? Sükanı belə saxlamalı!Yığmamız iyunda San Marino və Malta ilə keçiriləcək yoldaşlıq oyunlarında da uğurlar qazanmalı, Millətlər Liqasında mübarizəyə mübariz əhval-ruhiyyə ilə start verməlidi. Əks halda, D liqasında da xoşagəlməz nəticə ilə üzləşə bilərik.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
50
icma.az

10Источники