
Özbəkistanın Baş naziri Abdulla Aripov aprelin 1-də Azərbaycana səfərə gəlib.
AFN.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.