RU

Tottenhem in yeni məşqçisinə nə qədər maaş verəcəyi məlum oldu İnanılmaz məbləğ

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Roberto De Zerbi ilə anlaşan "Tottenhem"in yeni məşqçisinə nə qədər maaş verəcəyi məlum olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Salary Leaks" yayıb. 

Mənbənin məlumatına görə, hotspurlular italiyalı mütəxəssislə İngiltərə Premyer Liqasının ən gəlirli müqavilələrindən birini reallaşdırıb. Belə ki, 5 mövsümlük sözləşməyə imza atan mütəxəssis ildə 8 milyon funt-sterlinq maaş alacaq və bu, onu Premyer Liqada Mikel Arteta (10 milyon funt-sterlinq) və Pep Qvardioladan (20 milyon funt-sterlinq) sonra üçüncü ən yüksək maaş alan çalışdırıcı edəcək.

Bundan əlavə, italiyalı mütəxəssis nəticələrdən asılı olaraq, 4 milyon funt-sterlinqə qədər bonus almaq hüququna malikdir. 

"Tottenhem" Premyer Liqada 30 xalla 17-ci yerdədir və düşmə zonasında olan - 18-ci yerdə qərarlaşan "Vest Hem"dən cəmi bir xal öndədir.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
fanat.az

2Источники