RU

Bu, dünya çempionatında oynamaq üçün son şansım idi İtaliya millisinin müdafiəçisi

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya uduzaraq (1:1, penaltilərlə 1:4) ardıcıl üçüncü dəfə mundiala yollana bilməyən İtaliya millisinin müdafiəçisi Leonardo Spinatsolla matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Bu oyundan dişlərimizlə yapışmışdıq və qalib gəlmək üçün üç-dörd şansımız oldu. Bu biz, ailələrimiz, millini mundialda görə bilməyəcək bütün italiyalı uşaqlar üçün böyük məyusluqdur. Gənc oyunçuların necə ağladıqlarını görmək olduqca kədərlidir, amma onların işıqlı gələcəyi var. Əlbəttə, bu, dünya çempionatında oynamaq üçün son şansım idi, lakin mən bütün İtaliyaya görə təəssüflənirəm".

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
fanat.az

2Источники