ABŞ Prezidenti Donald Tramp İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşdırılmasında fəal iştirak edir...
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyanın səyləri sayəsində Ermənistanla Azərbaycan arasında münasibətlər sabitləşib.
Rusiya prezidenti onu da əlavə edib ki, Rusiya İrəvanın KTMT-yə qarşı şikayətlərindən xəbərdardır, lakin Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra KTMT-nin prosesə müdaxilə edə bilmədiyi aydındır.
Poliqon.info