RU

Putinin Qarabağla bağlı sözlərinə Paşinyandan cavab - "Son qoyulmalıdır"

"Qarabağdakı vəziyyət həssas məsələ olaraq qalır və Moskva İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı hələ də şikayətlərinin olduğunu bilir".

"Unikal" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqları zamanı bildirib.

Putin qeyd edib ki, region Azərbaycanın bir hissəsi kimi tanındıqdan sonra KTMT artıq prosesə müdaxilə edə bilməz.

Paşinyan Putinin bu sözlərindən sonra Qarabağ hərəkatına son qoyulmasının zəruriliyindən danışıb.

"Mən artıq Ermənistanda açıq şəkildə Qarabağ hərəkatını davam etdirməməli olduğumuzu bildirmişəm, çünki Ermənistan və Azərbaycan Alma-Atı Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar", - deyə o bildirib. 

Onun sözlərinə görə, keçmiş SSRİ-nin inzibati sərhədləri daxilində ərazi bütövlüyünün qarşılıqlı tanınması sülhün daha da möhkəmləndirilməsi üçün kifayət qədər möhkəm təməldir. Paşinyan Putinə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindəki dəstəyinə görə təşəkkür edib. Ermənistanın Baş naziri bildirib ki, İrəvan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və bunu Rusiyanın ali rəhbərliyi "bunu iki dəfə açıq şəkildə bəyan etdikdən" sonra edib.

Nuranə Abbasova 

Избранный
16
19
unikal.az

10Источники