RU

Krımda rus hərbi təyyarəsi qəzaya uğrayıb 30 ölü

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyaya məxsus An-26 hərbi nəqliyyat təyyarəsi  Krımda qəzaya uğrayıb və təyyarədəki 30 nəfərin hamısı həlak olub. 

Ölkə.az xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyi  məlumat verib.

Məlumata görə, qəza dünən gecə (martın 31-də) An-26 təyyarəsinin qəzaya uğrayıb.  Təyyarə ilə əlaqə 31 mart Moskva vaxtı ilə saat 18:00 radələrində kəsilib. Təyyarənin göyərtəsində yeddi heyət üzvü və 23 sərnişin olub. Hamısı həlak olub.

Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətinin verdiyi  məlumata görə, Krımda An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasından sonra uçuş qaydalarının pozulması və onlara hazırlıqla bağlı cinayət işi açılıb. 

Agentliyin məlumatına görə, hadisə yerində hərbi müstəntiqlər və məhkəmə ekspertləri işləyir, Krımın Baxçisaray rayonunun dağlarında axtarış aparılır. Hadisənin baş vermə şəraiti və səbəbi müəyyən edilir.

Rus mediası Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir ki, qəza texniki nasazlıq səbəb olub.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
45
1
olke.az

2Источники