RU

Almaniyada Merkelin sui-qəsdinə görə mükafat vəd edən şəxsə ittiham irəli sürüldü

Almaniya Federal Prokurorluğu alman siyasətçilərin sui-qəsdinə görə mükafat vəd edən Polşa və Almaniya vətəndaşlığına malik şəxsə ittiham irəli sürüb.

Olaylar.az xəbər verir ki, prokurorluğun yaydığı məlumata görə, şübhəli Martin S. terrorizmi maliyyələşdirməkdə, dövlət üçün təhlükə yaradan ağır cinayətlərin törədilməsinə təhrik etməkdə və şəxsi məlumatların ağırlaşdırıcı şəkildə açıqlanmasında ittiham olunur. İttihamlar 20 martda Düsseldorfda Ali Regional Məhkəmənin iclasında irəli sürülüb. İttihamlar maksimum 10 il həbs cəzası nəzərdə tutur.

Martin S. 2025-ci ilin noyabr ayında həbs edilib. Müstəntiqlərin sözlərinə görə, o, 2025-ci ilin may ayından gec olmayaraq "darknet"də öz onlayn platformasını yaradıb və orada Almaniyada siyasətçilərin, dövlət qulluqçularının və ictimai xadimlərin öldürülməsinə çağırış edib. Prokurorluq onların adlarını açıqlamır. Lakin Almaniya mediası potensial hədəflərin siyahısında keçmiş kanslerlər Angela Merkel və keçmiş nazir Olaf Şolts, eləcə də hakimlər və prokurorlar da daxil olmaqla 20-dən çox insanın olduğunu bildirib.

Medianın məlumatına görə, şübhəlinin neonasistlərlə əlaqələri olub və onun platformasında koronavirus pandemiyası ilə bağlı materiallar da daxil olmaqla, ifrat sağçı, irqçi və sui-qəsd nəzəriyyəçiləri dərc olunub. Martin S. proqram təminatı hazırlayıcısı kimi çalışır və Braunşveyqdə 2014-cü ildə müflis olan bir İT şirkəti idarə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
1
olaylar.az

2Источники