RU

Yolu qadağan edilmiş yerdən keçmək həyatınıza təhlükə yaradır DYP dən ÇAĞIRIŞ VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxt və regionlarda piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri hələ də ciddi narahatlıq doğurmaqdadır. Xüsusilə, müəyyən edilməyən yerlərdən yolu keçən piyadaların vurulması ilə nəticələnən qəzaların sayı azalmır.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, dəfələrlə aparılan maarifləndirici tədbirlərə və ictimai çağırışlara baxmayaraq, bəzi piyadalar hələ də təhlükəli davranışlardan çəkinmirlər. Onun sözlərinə görə, müəyyən edilməyən yerlərdən yolu keçmək təkcə inzibati qayda pozuntusu deyil, eyni zamanda insan həyatı üçün ciddi təhlükə yaradır.

Qeyd olunub ki, bir çox hallarda piyadalar yolu bu formada keçərkən öz təhlükəsizliklərini kifayət qədər təmin etmirlər. Xüsusilə də gecə saatlarında, yağışlı və ya görmə məsafəsinin məhdud olduğu hava şəraitində bu cür davranışlar daha ağır nəticələrə səbəb ola bilər.

Şöbə rəisi vurğulayıb ki, müəyyən edilməyən yerdən yolu keçərkən bir sürücünün piyadaya yol verməsi həmin ərazinin tam təhlükəsiz olduğu anlamına gəlmir. Belə hallarda piyadalar yalnız bir zolaqdakı nəqliyyat vasitələrinə diqqət yetirməklə kifayətlənməməli, digər zolaqlarda hərəkət edən avtomobilləri də nəzərə almalıdırlar.

Bildirilib ki, sürücülər də öz növbəsində diqqətli olmalı, xüsusilə yaşayış məntəqələrində, məktəb və dayanacaq ətraflarında sürət həddini minimuma endirməlidirlər. Çünki piyadaların qəfil hərəkəti istənilən anda qəza şəraiti yarada bilər.

Rövşən Tağıyev əlavə edib ki, baş verən yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz diqqətsizlik və məsuliyyətsiz davranışların nəticəsidir. Bu səbəbdən həm piyadalar, həm də sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməli, qarşılıqlı hörmət və məsuliyyət prinsiplərini əsas götürməlidirlər.

Sonda bir daha vətəndaşlara çağırış olunub ki, yalnız piyada keçidlərindən istifadə etsinlər, işıqfor siqnallarına riayət etsinlər və öz həyatlarını riskə atacaq davranışlardan uzaq dursunlar.

Eltac Züıfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
avtosfer.az

1Источники