RU

İndi də növbə motosikletlərə çatdı

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqında 2035-ci ildən istilik mühərrikli avtomobillərin qadağan edilməsi məsələsi hamıya məlumdur. İndi isə Avropa Şurası bu qadağanın əhatə dairəsini genişləndirmək istəyir. 

Avtosfer.az xəbər verir ki, siyasətçilər qadağanın motosikletlərə də şamil olunmasını istəyirlər. Başqa sözlə, avtomobillər kimi motosikletlər də elektrik dartısına keçməlidir. 

Lakin ekspertlər və istehsalçılar bir qədər fərqli düşünürlər. Onların fikrincə, Brüssseldə əyləşən siyasətçilər avtomobillə bağlı qanunu motosikletə köçürüblər. Reallıq nəzərə alınmayıb.

Avropa avtomobil jurnallarının qənaətinə görə, motosikletlərin elektrikləşdirilməsinə kəskin keçid pis nəticə doğuracaq. Əvvəla, bu nəqliyyat vasitəsinin elektrikli versiyasını təqdim edənlər azdır. İkincisi, gediş ehtiyatı böyük motosikletlər barmaqla sayılacaq qədərdir.  Doğrudur, 1 dolumla 500+ kilometr qət edə bilən modellər var. Lakin, bunlar hər adamın cibinə görə deyil. 

Motosikletlərdə elektrik mühərrikinə keçid onların qiymətini kəskin artıracaq. Bu da gənclərin daha çox maraq göstərdiyi texnikanın əlçatan olmaması ilə nəticələnəcək.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
avtosfer.az

1Источники