RU

Bəşər Əsədə yeraltı tunellər çəkən mühəndis ÖLDÜRÜLDÜ

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail ordusu SEPAH-ın Qüds qanadının Livan bölməsinin mühəndislik şöbəsinin rəisi Mehdi Vəfayinin öldürüldüyünü açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Mehdi Vəfai son 20 il ərzində Livan və Suriyada yeraltı layihələrə rəhbərlik edib. O, "Hizbullah" və Suriyanın keçmiş prezidenti Bəşar Əsəd rejimi üçün yeraltı qurğuların tikintisinə nəzarət edib.

Vəfayi Livanda silahların saxlanılması üçün istifadə edilən onlarla yeraltı obyektin inşasında və idarə olunmasında əsas fiqurlardan biri olub.

İsrail ordusunun bəyanatında vurğulanıb ki, Vəfayinin öldürülməsi "Hizbullah"ın yeraltı infrastruktur qurmaq imkanlarını zəiflədəcək.  

Xəzər 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
cebheinfo.az

2Источники