RU

Nə körpü var, nə də yol - Sakinlər hava ilə evlərinə gedirlər

Bakının Qaradağ rayonunun Umbakı qəsəbəsində güclü yağışlardan sonra yaranan vəziyyət sakinlərin gündəlik həyatını çətinləşdirib. Yağış suları nəticəsində körpünü əvəz edən yolun uçması ərazidə hərəkəti demək olar ki, iflic edib. İnsanlar qarşı tərəfə keçmək üçün təhlükəli üsullara əl atmağa məcbur qalırlar. Belə ki, onlar müxtəlif borulardan yapışaraq yolu adlamağa çalışırlar.  Bu vəziyyət xüsusilə hər gün işə gedib-gələn sakinlər üçün ciddi problem yaradır.

Ekologiya.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Musavat.com-a bildirilib ki, sel suları nəticəsində uçmuş körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq.

Məlumata görə, əvvəllər uçmuş körpünün yaxınlığında təşkil edilmiş müvəqqəti yol son günlərdə müşahidə olunan intensiv yağıntılar nəticəsində sel suları tərəfindən yararsız hala düşüb:

“Hazırda vətəndaşların hərəkəti alternativ yol vasitəsilə təmin olunur və nəqliyyatın hərəkəti bu istiqamət üzrə təşkil edilib. Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq tədbirlər görüləcək”.

Избранный
23
2
ekologiya.az

10Источники