RU

Ruhiyə Balakişiyeva: “Təsərrüfatın su ehtiyatını təmin edən Balharı çayının quruması səbəbilə ərazidə yerləşən göldə su problemi yaranır”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Sosial şəbəkədə yayılan videoda bir vətəndaş Mahmudçala gölündə çəkiliş edərək iddia edib ki, yaranmış vəziyyətin səbəbi bəndləri açdıran Rüstəm adlı şəxsdir. Videogörüntülərdə xeyli sayda iri ölçülü ölü balıqların olduğu müşahidə olunur.Mahmudçala gölündə kütləvi balıq ölümü ilə bağlı yayılan videogörüntülər araşdırılıbmı? Vətəndaşın iddia etdiyi bəndlərin açılması faktı təsdiqini tapıbmı?

Balıqçılıq və Akvakultura Mərkəzinin mətbuat katibi Ruhiyə Balakişiyeva Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirib ki, Mahmudçala Ovçuluq Təsərrüfatı - Biləsuvar rayonunun inzibati ərazisində yerləşir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə"yə uyğun olaraq Respublika əhəmiyyətli ovçuluq təsərrüfatlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi idarə edir.

Mahmudçala Ovçuluq Təsərrüfatı - Biləsuvar rayonunun inzibati ərazisində yerləşir, sahəsi 7136 hektardır. Ərazi əsasən isti və quru iqlim tipinə malikdir və buna görə də yay aylarında təsərrüfatın su ehtiyatını təmin edən Balharı çayının qurumasına səbəb olur. Nəticədə təsərrüfat ərazisində yerləşən göldə su problemi yaranır. Təsərrüfatın müəyyən hissəsi az miqdarda şorakət torpaqlardır. Ona görə də florası quru çöl bitkilərindən şahsöyüdü, yulğun və s. kimi kolluqlardan ibarətdir. Ərazidə ən çox canavar, tülkü, boz dovşan, çaqqal, turaca, eləcə də çoxlu su bataqlıq quşlarına rast gəlinir. Eyni zamanda Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş quşlardan burada soltantoyuq, qaranaz və ərsindimdik nəsil verir. Mahmudçala Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd köçəri quşların mühafizəsi və ovlanmasıdır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
bizimyol.info

1Источники