ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
AFFA İntizam Komitəsi Əvəzedicilər liqasının 21-ci turunda “Sabah-2” ilə matçda meydandan çıxıb sonra geri qayıdan “Qarabağ-2”ni cəzalandırıb.Demokrat.az xəbər verir ki, federasiya buna görə Ağdam klubunu 1000 manat cərimə edib. Bundan başqa, oyundan sonra stadiona ziyan vuran “Sabah-2” barədə də qərar qəbul edilib. Arenadakı ziyan Masazır təmsilçisi tərəfindən ödəniləcək. Qeyd edək ki, “Qarabağ-2”nin baş məşqçisi Maksim Medvedev “Sabah-2” ilə oyunda hakim qərarlarına etiraz olaraq komandasını meydandan çıxarmışdı. Daha sonra isə onlar geri qayıdaraq matça davam etmişdilər.Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.