İrana edilən hücumlarda 115 mindən çox mülki obyekt zərər görüb.
Publika.az xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin “Telegram” kanalında bildirilib.
Məlumata görə, son hücumlar nəticəsində yaşayış binaları, tibb müəssisələri, təhsil ocaqları və yardım mərkəzləri də daxil olmaqla 115 mindən çox mülki obyekt ya zədələnib, ya da tamamilə dağıdılıb.
Bildirilib ki, bu obyektlərin əhəmiyyətli bir hissəsi Tehrandayerləşir.