İstanbulun Fatih rayonunda özəl logistika şirkətində kuryer işləyən Arif İsmayılov naməlum şübhəli tərəfindən güllələnib.
Milli.Az xəbər verir ki, xəstəxanaya yerləşdirilən İsmayılovun hücum zamanı başından xəsarət aldığı və aparıldığı xəstəxanada öldüyü müəyyən edilib.
Hadisə saat 16:30 radələrində Balabanağa məhəlləsindəki Zeynep Kamil küçəsində baş verib. Məlumata görə, özəl logistika şirkətində kuryer işləyən Arif İsmayılov küçədə ona yaxınlaşan naməlum şübhəli tərəfindən başından vurulub. Şübhəli hücumdan sonra hadisə yerindən qaçıb. Ətrafdakıların verdiyi məlumata əsasən hadisə yerinə təcili tibbi yardım və polis qrupları gəlib. Tibb işçiləri İsmayılovun hücumda ağır yaralandığını və xəstəxanada bütün səylərə baxmayaraq, aldığı xəsarətlərdən dünyasını dəyişdiyini müəyyən ediblər.
Hadisə ilə bağlı istintaq davam edir.
Fidan
Milli.Az