RU

Rusiya Ermənistan dəmir yollarının Qazaxıstana verilməsi xəbərlərini təkzib edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın "Cənubi Qafqaz Dəmir Yolları" (CQDY) şirkətinin idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Rusiya nəqliyyat naziri Andrey Nikitinin sözlərinə istinad edən Zaxarova bildirib ki, Moskva bu məsələ ilə bağlı nə İrəvan, nə də Astana ilə hər hansı bir danışıqlar aparmır. Rusiya tərəfi xatırladıb ki, 2008-ci ildə imzalanmış konsessiya müqaviləsi 30 illikdir (daha 10 il uzadılma imkanı ilə) və hazırda CQDY öz öhdəliklərini məsuliyyətlə yerinə yetirir.

Qeyd olunub ki, Rusiya indiyədək Ermənistanın dəmir yolu infrastrukturuna 30 milyard rubldan çox investisiya yatırıb.

Xatırladaq ki, bu məsələ Ermənistan Baş naziri Nikol Paşinyanın konsessiyanın Qazaxıstana ötürülməsi variantının nəzərdən keçirilməsi barədə açıqlamasından sonra gündəmə gəlmişdi. Zaxarova yüksək səviyyəli danışıqların şərhinin Rusiya Prezident Administrasiyasının səlahiyyətində olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
45
olaylar.az

1Источники