RU

İsrail İrana qarşı Yaxın Şərq alyansı üzərində çalışır

ABŞ ilə birgə hazırlanması nəzərdə tutulan hərbi blokun ərəb ölkələrini də əhatə etməsi planlaşdırılır...

Poliqon xəbər verir ki, bu barədə Al-Monitor portalı İsrail mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, İsrail diplomatları ABŞ-li həmkarları ilə birlikdə İrana qarşı yönəlmiş regional hərbi alyansın yaradılması imkanlarını müzakirə edir.

Mənbələrin sözlərinə görə, bu alyansın NATO modelinə bənzər şəkildə formalaşdırılması nəzərdə tutulur və ABŞ-nin rəhbərliyi altında fəaliyyət göstərə bilər. İsrailin isə bu strukturda İranın təsirinin zəiflədilməsi istiqamətində əsas rol oynaması planlaşdırılır. “Yaxın Şərqdə NATO-ya bənzər regional alyansın yaradılmasına dəstək artır. Biz artıq bu istiqamətdə amerikalılarla işləyirik”, – deyə portalın həmsöhbətlərindən biri bildirib.

İsrail rəsmiləri hesab edir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər Fars körfəzi ölkələri İranın güclənməsindən və daha sərt xarici siyasət kursuna keçməsindən narahat olduqları üçün belə təşəbbüsə maraq göstərə bilərlər.

Digər mənbə qeyd edib ki, Fars körfəzi regionunda yerləşən bir sıra dövlətlər, o cümlədən hələ İsraillə “Avraam razılaşmaları”na qoşulmayan ölkələr də bu cür alyansa qoşulma imkanlarını nəzərdən keçirdiklərinə dair siqnallar verir.

Ekspertlər hesab edirlər ki, belə bir alyansın yaradılması regionda geosiyasi balansı ciddi şəkildə dəyişdirə və İran ətrafında yeni təhlükəsizlik konfiqurasiyasının formalaşmasına səbəb ola bilər. Bu isə Yaxın Şərqdə hərbi və diplomatik gərginliyin daha da artması riskini yüksəldir.

Poliqon.info

Избранный
38
50
poliqon.info

10Источники