RU

Lukaşenko: Biz müharibəyə hazırlaşırıq

Belarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrin kompleks yoxlanışının yekunlarına dair müşavirə keçirib. Müşavirədə yoxlamalara cəlb olunmuş birləşmələrin komandirləri də daxil olmaqla 300-ə yaxın şəxs iştirak edib.

Azreform.info Belta-ya istinadən xəbər verir ki, Prezidentin göstərişi ilə 16 yanvar tarixindən etibarən Belarusda Silahlı Qüvvələrdə genişmiqyaslı yoxlama aparılıb.

Müşavirə iştirakçılarına müraciət edən Aleksandr Lukaşenko yoxlamanın nəticələri barədə heç nəyi gizlətmədən, tam səmimi danışmağı təklif edib. "Bu, planlı bir yoxlama olsa da, müstəqil Belarus tarixində ilk dəfə idi ki, bu qədər geniş miqyasda keçirilirdi", — deyə Lukaşenko vurğulayıb.

Ölkə başçısı diqqəti ona yönəldib ki, faktiki olaraq qarşıya bir tapşırıq qoyulmuşdu: tam döyüş hazırlığı vəziyyətinə gətirilmiş hissələrin müharibə dövrü şəraitində necə fəaliyyət göstərəcəyinə baxmaq. "Sülh dövrü şəraitində keçirilən bu yoxlamalar mənim üçün sadəcə pul itkisidir. Bizim artıq pulumuz yoxdur", — deyə Belarus lideri bildirib.

"Heç bir sülh dövrü ola bilməz. Biz müharibəyə hazırlaşırıq. Silahlı Qüvvələri buna görə yaratmışıq, onları buna görə saxlayırıq, xalq bizi saxlamaq üçün buna görə pul ayırır. Bu auditoriyada olanlar (və təkcə buradakılar deyil) anlamalıdırlar: biz müharibənin tamamilə əleyhinəyik. Xüsusilə bizim zabitlərimiz, əsgərlərimiz, Silahlı Qüvvələrimiz. Çünki biz müharibənin nə olduğunu bilirik. Biz müharibə istəmirik, lakin ordu bunun üçün nəzərdə tutulub. Əgər qəfildən kimsə bizimlə silah nişangahı vasitəsilə danışmağa və bizə baxmağa qərar versə, biz cavab verəcəyik. Buna da hazırlaşırıq", — deyə Lukaşenko bəyan edib.

"Təəssüf ki, vəziyyət elədir ki, mən sizsiz müharibə edə bilmərəm. Mən isə istəyirəm ki, tabeçiliyimdə olanlar döyüşə hazır olsunlar. Əgər biz döyüşə hazır olsaq, bizdən qorxacaqlar (bu, az əhəmiyyətli deyil) və bura kimsə soxulmayacaq. Mənim məqsədim budur. Hesab edirəm ki, bunu yaxşı başa düşürsünüz", — deyə Lukaşenko bildirib.

Избранный
31
2
azreform.info

3Источники