RU

“Sıfır Atık” qlobal modelə çevrilir – COP31-də əsas mövzulardan biri olacaq



2017-ci ildə Emine Erdoğan təşəbbüsü ilə başladılan “Sıfır Atık” hərəkatı qısa müddətdə böyük uğurlar əldə edərək beynəlxalq səviyyədə nümunəyə çevrilib. Bu günə qədər 90 milyon ton tullantı geri emal olunub, iqtisadiyyata isə 365 milyard lirə töhfə verilib.

Layihə çərçivəsində geri dönüşüm səviyyəsi 13%-dən 37%-ə yüksəlib və məqsəd 2053-cü ilə qədər bu göstəricini 70%-ə çatdırmaqdır. 105 ölkə artıq 30 mart tarixini “Beynəlxalq Sıfır Atık Günü” kimi qəbul edib.

Türkiyədə keçiriləcək COP31 çərçivəsində bu model əsas mövzulardan biri olacaq. Layihə həm ekoloji mühitin qorunmasına, həm də enerji və su qənaətinə ciddi töhfə verib.

Bundan əlavə, “Sıfır Atık Mavi” təşəbbüsü ilə dənizlərdən yüz minlərlə ton tullantı təmizlənib, depozit sistemləri genişləndirilib və tək istifadəlik plastiklərin mərhələli şəkildə qadağan olunması planlaşdırılır.

aia.az
Tərcümə şöbəsi



Избранный
23
aia.az

1Источники