RU

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası üzrə toplam 5 milyon 56 min manat sığorta haqqı toplayıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 74% və ya 14 milyon 422 min manat azalıb. Ötən ilin ilk iki ayında bu sığorta növü üzrə 19 milyon 478 min manat sığorta haqqı toplanıb.

Ötən iki ayda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərinin həcmi 435 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 34,8% və ya 232 min manat azdır. 2025-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 667 min manata bərabər olub.

Onu da bildirək ki, ötən ilin yanvar-fevral ayında sığorta şirkətləri sözügedən sığorta növü üzrə topladıqları hər 100 manatdan 3.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk ayında bu rəqəm 8.6 manat təşkil edib.

Избранный
15
4
apa.az

7Источники