Avropanın aparıcı klubları “Bayer”in gənc hücumçusu Kristian Kofana maraq göstərir.
İdmanxeber.az-ın məlumatına görə, xüsusilə “Arsenal” 19 yaşlı forvardı yaxından izləyir. O, UEFA Çempionlar Liqasının 1/8 finalında London təmsilçisinə qarşı oyunlarda uğurlu çıxışı ilə diqqət çəkib.
Bundan əlavə, “Real” də futbolçunu izləyənlər sırasındadır. “Bayer” yay transfer dövründə mümkün satış üçün Kofana 60-70 milyon avro qiymət qoyub.
O, cari mövsümdə Bundesliqada 24 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.