RU

“Cəhənnəmə ki, iranlılar niyə əməl etməlidirlər?”- Putin

Rusiya lideri Vladimir Putin beynəlxalq platformalarda çıxışı zamanı İranla bağlanan nüvə sazişinin (JCPOA) taleyi və ABŞ-ın bu sənəddən birtərəfli çıxmasından sonra yaranan vəziyyəti təhlil edib. AzPost xarici KİV-ə istinadən xəbər verir ki, Putin Qərb diplomatlarının məntiqini “kobud” adlandıraraq tənqid atəşinə tutub.

Putin xatırladıb ki, İran nüvə sazişi üzrə üzərinə düşən bütün vəzifələri tam və şəffaf şəkildə icra edib. Lakin buna baxmayaraq, Vaşinqtonun sazişi pozması və Avropanın buna seyrçi qalması vəziyyəti gərginləşdirib: “İran məlum nüvə sazişi üzrə bütün öhdəliklərini yerinə yetirdi. Hamısını bir-bir. Sonra ABŞ prezidenti Tramp birtərəfli qaydada razılaşmadan çıxmaq qərarına gəldi. Avropalılar isə bu vaxt dedilər: ‘Bəli, amerikalıların çıxması pisdir, amma siz, iranlılar, hər şeyə əməl etməlisiniz'”.

Rusiya Prezidenti Qərbin bu tələbini məntiqsiz hesab edərək, özünəməxsus üslubda etirazını bildirib: “Üzr istəyirəm, əgər bu bir az kobud səslənirsə, amma cəhənnəmə ki, iranlılar nəyə əməl etməlidirlər? Əgər tərəf müqabili sazişi pozursa və öhdəliklərini yerinə yetirmirsə, İran niyə təkbaşına bu yükü çiyinlərində daşımalıdır?”.

Siyasi ekspertlərin fikrincə, Putinin bu çıxışı Rusiyanın Yaxın Şərq siyasətində İranın mövqeyini dəstəklədiyini və Qərbin “qaydalara əsaslanan dünya nizamı” tezisinin zəif tərəflərini göstərmək məqsədi daşıyır. Bu bəyanat həm də nüvə danışıqlarının yenidən canlandırılması fonunda Moskvadan gələn mühüm siqnal kimi qiymətləndirilir.

Qeyd edək ki, rəsmi Moskva İranın nüvə məsələsində balanslı və qarşılıqlı maraqlara söykənən həll yolunun tərəfdarı olduğunu dəfələrlə bəyan edib.

AzPost.az

Избранный
12
1
azpost.info

2Источники