RU

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 1-dəŞimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel iləgörüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan iləŞimali Kipr Türk Cümhuriyyəti arasında bir sıra sahələrdəəlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirəolunub.

Bildirilib ki, yüksək səviyyəli qarşılıqlı səfərlərinintensivliyi, parlamentlərarası və siyasi partiyalar xətti iləəməkdaşlığın inkişafı müsbət qiymətləndirilib.

Humanitar sahədə, xüsusilə mədəniyyət və turizm istiqamətlərindəəlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəmivurğulanaraq, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçistatusunda təşkilatın fəaliyyətinə verdiyi töhfələr qeydedilib.

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına Üzv DövlətlərinHökumət Başçılarının/Vitse-Prezidentinin Görüşünün əhəmiyyətinətoxunulub.

Tədbirin TDT çərçivəsində hökumətlərarası koordinasiyanıngücləndirilməsi və dövlət başçıları tərəfindən müəyyən edilmişprioritet sahələr üzrə ortaq gündəliyin daha səmərəli şəkildə irəliaparılması baxımından önəmi vurğulanıb.

Избранный
8
27
az.trend.az

10Источники