RU

İran ən böyük telekom operatorunu VURDU, ABŞ-dan son XƏBƏRDARLIQ

İran ordusu Bəhreynin ən böyük telekom operatoru olan “Batelco” şirkətinin “Amazon Web Services”in serverləri yerləşən obyektinə dronlarla zərbə endirib. Yerli medianın məlumatına görə, hücumdan sonra serverləin işində kəsintilər başlayıb.

Belə ki, elektrik enerjisi kəsilib, data mərkəzlərində zədələr qeydə alınıb. Kəsintilər bank əməliyyatlarına və aviabronlaşdırma sistemlərinin işinə təsir göstərib.

Qeyd edək ki, Bəhreyn Müdafiə Nazirliyinin məlumatına görə, müharibə başlayandan indiyədək İranın 186 raket və 419 dronu Hava Hücumundan Müdafiə vasitələri tərəfindən vurulub.

“İranın ağıllı addımı ABŞ ilə razılığa gəlmək olardı, yoxsa onlar hələ heç vaxt görmədikləri qədər böyük bir hücumla qarşılaşacaqlar”. Bu barədə ABŞ Müharibə Nazirliyinin sözçüsü Şon Parnel sosial media hesabında paylaşım edib.

Pentaqon rəsmisi Tehranı birbaşa xəbərdar edərək bildirib ki, sazişdən imtina ediləcəyi təqdirdə hərbi cavab qaçılmaz olacaq:

"İran müdrikdirsə, sövdələşməyə gedəcək. Əgər yox, ordu daha böyük güclə - onların indiyədək heç vaxt görmədiyi səviyyədə cavab verəcək".

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Mehman İsmayılovla İran gündəmini müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Избранный
23
2
musavat.com

10Источники