RU

Ali Rəhbər ABŞ ilə danışıqlara icazə verməyib - Qalibafın müavini 

"Düşmənin Parlament sədri Qalibafın danışıqlar apardığı iddiaları əsassızdır və üsyana təhrik etmək məqsədi daşıyır".

Ölkə.Az Furaru-ya istinadən xəbər verir ki, bunu İran Parlamentinin sədr müavini Əli Nikzad Tehranın  Vaşinqtonla danışıqlar apardığı iddialarını təkzib edərkən deyib.

O həmçinin müharibə, sülh və danışıqlarla bağlı qərarın Ali Rəhbərə məxsus olduğunu və "danışıqlar üçün heç bir icazə verilmədiyini" vurğulayıb.

Hörmüz boğazı ilə bağlı Nikzad bildirib ki, boğaz "heç vaxt açılmayacaq" və bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb və aparılmayacaq.

Избранный
16
olke.az

1Источники