RU

“Millimizin uğuruna kölgə salmaq lazım deyil” – Əfran İsmayılov

“Əsas odur ki, millinin oyunlarında yaxşı nəticə oldu, komandada motivasiya yüksəldi. Tarixi nəticə qeydə alındı. İkinci matçdakı rəqib daha yaxşı idi. Görüşdə hər iki tərəfin şansları az olsa da, sonda yığmamız qalib gəldi. Açığı, finala yaraşan matç idi. Millimizin uğuruna kölgə salmaq lazım deyil. Bəli, rəqiblər istədiyimiz səviyyədə deyildi. Ancaq qələbə də, kubok da önəmlidir”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfram İsmayılov yığmamızın  “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olması barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bu oyunlar komandaya mütləq təsir edəcək. Belə görüşlərlə də inkişaf etmək olar. Deyirlər ki, bir oyun 15 illin məşqinə dəyər. Qol vurduqca, qələbələr qazandıqca ardı gəlir. Bəli, ikinci oyunda göründü ki, çətinliklər var. Taktiki, texniki olaraq çox şey görə bilmədik. Ayxan Abbasov da bunu qeyd etdi. Ancaq zamanla qaydasına düşəcəyinə inanırıq. Bundan sonra Millətlər Liqasına hazırlaşmaq lazımdır”.

İsmayılov millimizin Millətlər Liqasındakı şanslarını da dəyərləndirib:

“Bu turnir çox fərqli olacaq. Oradakı rəqiblər tam başqadır. Ancaq Litva da, Lixtenşteyn də bizə uyğun komandalardır. Bu səbəbdən də yaxşı nəticə qazanmaq lazımdır. Hədəf C Liqasına yüksəlməkdir. Başqa heç nə düşünmək lazım deyil. Hər kəsin məqsədi budur”.

Həsən Quluzadə

Избранный
19
idmanxeber.az

1Источники