“Change” fırıldağı ifşa olundu - 50 milyonluq avtomobil dələduzluğu
Samsun mərkəzli genişmiqyaslı əməliyyat zamanı avtomobillərin kimliyini dəyişdirərək satışa çıxaran mütəşəkkil şəbəkə ifşa edilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 13 şübhəli saxlanılıb.
Araşdırmalara görə, şəbəkə qəzalı, yanmış və ya yararsız vəziyyətdə olan avtomobillərin şassi nömrələrini oğurlanmış və ya xaricdən qanunsuz gətirilmiş nəqliyyat vasitələrinə köçürərək onları “yeni” avtomobil kimi bazara çıxarıb. Bu üsulla ümumilikdə təxminən 50 milyon lirə həcmində dələduzluq edildiyi müəyyən olunub.
Eyni vaxtda Ankara, İstanbul, İzmir və digər 10-dan çox şəhərdə keçirilən “Satır 2” əməliyyatı çərçivəsində müxtəlif ünvanlara basqın edilib.
Əməliyyat zamanı 14 avtomobil müsadirə olunub. Bundan əlavə, “change” üçün hazırlanmış nəqliyyat vasitələri, mühərrik blokları, saxta sənədlər, nömrə lövhələri və bu prosesdə istifadə edilən xüsusi avadanlıqlar da aşkarlanaraq götürülüb.
Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir və şəbəkənin digər üzvlərinin müəyyən olunması istiqamətində araşdırmalar aparılır.