RU

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması ilə bağlı qərar verməlidir - Peskov

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (UQQ) Donbasdan çıxarılması ilə bağlı qərar qəbul etməlidir.

Missiya.Az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb."Zelenski bu gün Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Donetsk Xalq Respublikasının inzibati sərhədindən kənara çıxması barədə qərar qəbul etməlidir",-Kremlin sözçüsü vurğulayıb.Peskov qeyd edib ki, Moskva Zelenskini məsuliyyəti öz üzərinə götürməyə və müvafiq qərar verməyə çağırır. O əlavə edib ki, bu, çoxsaylı insanların həyatını xilas edə və münaqişənin qaynar mərhələsinə son qoymağa kömək edə bilər.İlahə QənbərliMissiya.Az

Избранный
38
missiya.az

1Источники