RU

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

Dünyanın ən zəngin adamı İlon Maskın atası Errol Mask Rusiyaya köçmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə o, Moskvaya növbəti səfəri zamanı deyib.
 

"Əgər mən köçmək üçün yer seçməli olsaydım, bu, Moskva olardı. Bura həqiqətən cəlbedicidir. Mən Rusiyanı və paytaxtını çox bəyənirəm. Böyük və gözəl şəhərdir. Bəli, mən ciddi şəkildə Moskva barədə düşünərdim" deyə E.Mask açıqlayıb.


Qeyd edək ki, Errol Mask Cənubi Afrikadan olan mühəndis, sahibkar və keçmiş siyasətçidir. Onun yeddi övladı var. E.Maskın böyük oğlu İlon Maskla münasibətləri gərgindir.

Bizim.Media

Избранный
20
1
bizim.media

5Источники