RU

Azərbaycanlı məşqçi "Beşiktaş" akademiyası ilə bağlı təəssüratlarını Fanat.Az-a bölüşdü

"Beşiktaş"ın akademiyasında bir neçə gün keçirdim. Bütün yaş qrupları üzrə komandaların oyunlarını izlədim".

Bunu Fanat.Az-a açıqlamasında 1-ci Liqa təmsilçisi "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

10 gün öncə qardaş ölkəyə yollanan, "Başakşehir"in akademiyasında olan, sözügedən kollektivin baş məşqçisi Nuri Şahinlə görüşən Məmmədov ardından üz tutduğu "Beşiktaş"ın akademiyasında gördükləri ilə bağlı fikirlərini bölüşüb:

"Düzdür, "Beşiktaş"ın akademiyası müəyyən aspektlərdə "Başakşehir"inkindən geri qalır, amma burada da hər şey yüksək səviyyədədir. Görüklərimə əsasən deyə bilərəm ki, bu akademiyada böyük perspektiv vəd edən uşaqlar yetişdirilir. Akademiyanın rəhbəri Serdar Topraktepe ilə görüşüb müxtəlif mövzular ətrafında söhbətləşdik. Həqiqətən hər şey əla təşkil olunub. Belə akademiyası olan klub uğur qazanmaya bilməz. Düşünürəm ki, Türkiyəyə gəlişim olduqca səmərəli alındı. Müddət uzun olmasa da, mənim üçün əvəzsiz təcrübədir".

Toğrul 

Избранный
18
1
fanat.az

2Источники