RU

AFFA “Qarabağ-2” – “Sabah-2” matçı ilə bağlı cəzaları açıqladı

BAKI, 1 aprel. TELEQRAF

21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununun 43-cü dəqiqəsində “Qarabağ-2” komandasının 3 nömrəli futbolçusu Sami Mmae hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 250 manat cərimə edilsin (maddə 51.2);

21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununun 90+5-ci dəqiqəsində “Qarabağ-2” komandasının 28 nömrəli futbolçusu Allahverdi Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununun 43-cü dəqiqəsində “Qarabağ-2” komandası meydanı tərk etdiyinə, daha sonra geri qayıdaraq yenidən oyunu davam etdirdiyinə görə “Qarabağ-2” komandası 1000 manat cərimə edilsin (maddə 77.3);

21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah-2” komandası tərəfindən paltardəyişmə otağına ziyan vurulduğuna görə stadiona dəymiş zərər “Sabah-2” komandası tərəfindən qarşılansın (maddə 86).

Избранный
21
teleqraf.com

1Источники