RU

Vaqif Cavadov Azərbaycanın U-20 millisində! – Rəsmi – ARENA.AZ

Vaqif Cavadov Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasına (U-20) köməkçi məşqçi təyin olunub.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib. Qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi təyin edilib.

Futbolçu karyerası ərzində ölkəmizdə “Qarabağ”, “Bakı”, “Keşlə” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, AZAL kimi klublarda çıxış etmiş Cavadov Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.

2020-ci ildə məşqçiliyə başlamış Vaqif “Sumqayıt”da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlamış mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
16
7
arena.az

10Источники