Belarus Prezidenti Aleksandr Lukaşenko silahlı qüvvələrin hərtərəfli yoxlamasından sonra respublikanın müharibə istəmədiyini, lakin müharibəyə hazırlaşdığını deyib.
Newscenter.az xəbər verir ki, bu barədə BelTA xəbər agentliyi məlumat yayıb.
"Biz müharibə istəmirik, ancaq müharibəyə də hazırlaşırıq. Buna görə də silahlı qüvvələri yaratmışıq, onları saxlayırıq. Biz müharibənin qəti əleyhinəyik. Çünki biz müharibənin nə olduğunu bilirik. Əgər kimsə qəfildən bizə silah gücü ilə baxmaq qərarına gəlsə, biz cavab verəcəyik. Biz buna hazırlaşırıq", - deyə dövlət başçısı bəyan edib.
Qeyd edək ki, ordu birləşmələrində bu cür geniş yoxlama müstəqil Belarus tarixində ilkdir.
Dövlət başçısı vurğulayıb ki, məqsəd birdir. Tam döyüş hazırlığına gətirilən bölmələrin müharibə şəraitində necə fəaliyyət göstərəcəyini müşahidə etmək.
Anar