RU

Fərid Qayıbov “Yüksəliş” müsabiqəsinin qalibləriilə görüş keçirib

Gənclər və idman naziri Fərid Qayıbov Mentorluq proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Məmməd Həsənov və Ramil Hüseynzadə ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüş zamanı “Yüksəliş” müsabiqəsinin məqsədləri, iştirakçılar üçün yaradılan inkişaf imkanları və mentorluq prosesinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb. Qaliblərin əldə etdikləri təcrübə və gələcək hədəfləri müzakirə olunub. Daha sonra dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi, Mentorluq proqramının iştirakçısı İnsafəli Səmədov proqram çərçivəsində qazandığı təcrübə, əməkdaşlıq imkanları, eləcə də gənclər və idman sahəsində əldə etdiyi yeni biliklər barədə danışıb. İnsafəli Səmədov göstərilən dəstəyə görə nazirə təşəkkürünü bildirərək gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə nazir müavini Fərhad Hacıyev və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova da iştirak ediblər.

Избранный
18
ikisahil.az

1Источники