RU

Tramp NATO-nu “kağız pələng” adlandırdı

Donald Tramp NATO-nu “kağız pələng” adlandırıb.

"Yeni sabah" Telegraph-a istinadla xəbər verir ki, ABŞ Prezidenti qeyd edib:

“Mən heç vaxt NATO-dan təsirlənməmişəm. Onların “kağız pələng” olduğunu həmişə bilirdim. Yeri gəlmişkən, Putin də bunu bilir”.

Donald Tramp ABŞ-nin NATO-dan çıxara biləcəyini vurğulayıb.

O, NATO müttəfiqlərinin Hörmüz boğazının açılmasına yardım göstərməmələrinə inanmağın çətin olduğunu deyib.

“Buna inanmaq çətindir. Mən çox təkid etmədim. Düşünürəm ki, bu avtomatik olaraq baş verməlidir. Biz Ukrayna da daxil olmaqla, bir çox məsələlərdə NATO-nun yanında idik. Ukrayna bizim problemimiz deyildi, amma həmişə NATO-ya dəstək göstərmişik. Onlar isə bizə kömək etmədilər”.


Telegram kanalımız
Избранный
28
5
yenisabah.az

10Источники