RU

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

Hər il 1 Aprel tarixini dünya Gülüş Günü kimi qeyd edir. Zarafat baxımdan bir qədər də “təhlükəli” hesab edilən 1 Aprel dost-tanışın dediyi hər sözə inanmaqla şübhə etmək arasında qaldığımız, dostlarımızın birdən-birə “aktyor”a çevrildiyi bu gün kimi yaddaşlarımızda qalır. Amma unutmaq olmaz ki, bu gün eşitdiyiniz hər şey doğru olmaya bilər... amma gülmək isə tam realdır!
 

Tarixinə nəzər salsaq əslində haradan gəldiyi dəqiq bilinmir. Bəzi tarixçilər bunu Fransada təqvimin dəyişdirilməsi ilə əlaqələndirirlər. Təzə təqvimə görə yeni il yanvara düşürdü, köhnə təqvimlə yanvarda yox, apreldə qeyd edənlərə “axmaq” deyib ələ salırmışlar. Fransada hələ də bu gün arxaya kağız balıq yapışdırırlar.


Rusiyada bu gün I Pyotrun dövründə qeyd olunmağa başladı. 1690-cı illərdə imperator sonradan "əyləncə islahatı" kimi tanınan bir neçə yenilik təqdim etdi. Rusiyada karnavallar, maskaradlar və atəşfəşanlıqlar keçirilməyə başladı. Azərbaycanda isə sovet dönəmindən bu maraqlı gün  keçirilməyə başlayıb.

Postsovet məkanında ən məşhur 1 Aprel zarafatı: "Kürəyiniz bulaşıb" zarafatı idi. Bu, istər-istəməz insanları geyimlərini refleksiv şəkildə yoxlamağa vadar edir və gülüş obyektinə çevrilirdi.

Maraqlıdır, dünya tarixinə ən yaddaqalan zarafat kimi düşmüş hansı aprel zarafatları var?

Bizim.Media
-nın araşdırmasına görə, tarixin ən uğurlu zarafatlarından biri BBC teleşirkətində olub. 1957-ci ildə BBC İsveçrədə “spagetti ağaclarında məhsul yığımı” haqqında reportaj yayımlayıb. Minlərlə insan bunun doğru olduğuna inanıb, necə spagetti yetişdirmək lazım olduğu ilə maraqlanıb. BBC bir də 2008-ci ildə də uçan pinqvinlər haqqında video yayımlamışdı. Video o qədər real idi ki, bir çox insan bunun həqiqət olduğuna inandı.

Google hər il 1 apreldə saxta məhsullar təqdim edir.

Məsələn, “ağıllı qoxu axtarışı edir. 2000-ci ildə isə “MentalPlex”adlı layihə elan etmişdi. Google iddia edirdi ki, istifadəçilər sadəcə fikirləşərək axtarış edə bilər. İnsanlardan ekrana baxıb nə istədiyini “düşünmək” xahiş olunurdu, sonradan çoxları etiraf etmişdi ki, həqiqətən də bunu sınayıblar.
 

1949-cu ildə Yeni Zelandiya radio aparıcısı ölkənin ən böyük şəhəri olan Oklendə təxminən nəhəng eşşəkarısı sürüsünün yaxınlaşdığını elan etmişdi. Vətəndaşlara müraciət olundu ki, çölə çıxmasınlar, məcburi çıxanlar isə şalvarlarını corablarının içinə salıb, üzlərinə də niqab tutsunlar. Evdən çıxan hər kəs belə də etmişdi.


1962-ci ildə İsveçdə ağ-qara yayımlanan televiziya dövründə, mühəndis Kjell Stensson efirdə tamaşaçıların sadəcə televizor ekranının üzərinə neylon corab çəkməklə rəngli görüntülər əldə edə biləcəklərini elan etmişdi. Bundan sonra minlərlə insan televizora corab keçirməyə cəhd etmişdi.

“Discover” jurnalının 1985-ci ilin 1 aprel sayında Antarktidada qaynar başlı buzu əridən qurd növünün yaranması və tezliklə dünyanı subasması ilə bağlı məqalə dərc olunmuşdu. Redaksiya minlərlə narahat oxucunun zəngləri ilə aşıb-daşırdı.

1988-ci ildə "İzvestiya" qəzeti Dieqo Maradonanın Moskvanın "Spartak" klubuna transferi barədə xəbər yazmışdı. Bu, Sovet mediasında ilk 1 aprel zarafatı olduğu üçün bir çox beynəlxalq xəbər agentlikləri bu məlumatı doğru qəbul edərək yayımlamışdılar.
 

1998-ci ildə məşhur fast food şəbəkəsi Burger King USA Today-də reklam yayımlamışdı. Şirkət tezliklə solaxaylar üçün xüsusi bir sendviç buraxacağını bildirirdi. Bu reklam burger restoranına minlərlə yeni müştəri cəlb etmişdi.


1999-cu ildə Bülent Ecevitin Türkiyənin baş naziri olduğu dövrdə bir jurnalist yaxınlaşıb ciddi şəkildə "Abdulla Öcalan həbsxanadan qaçıb" demiş, məsələ ilə bağlı baş nazirin fikrini öyrənmişdi. Əvvəlcə təşvişə düşən Ecevitin bunun zarafat olduğunu biləndə heç nə demədən kabinetinə girmişdi.

Şəfiqə Şəfa, Bizim.Media

Избранный
38
1
bizim.media

2Источники