Maraqla izlənilən “Yeraltı” serialı tamaşaçıları sevindirəcək yeni sürprizlə gündəmdədir.
Musavat.com xəbər verir ki, layihənin heyətinə tanınmış aktyor Cemal Hünal də qoşulub. Onun serialda canlandıracağı obraz hələlik gizli saxlanılır və bu da tamaşaçıların marağını daha da artırır.
Bildirilir ki, aktyorun layihəyə hansı xətt üzrə daxil olacağı və hadisələrin gedişatına necə təsir göstərəcəyi yaxın bölümlərdə bəlli olacaq. Sosial şəbəkələrdə artıq bu xəbər geniş müzakirələrə səbəb olub. İzləyicilər Cemal Hünalın obrazının əsas süjet xəttində mühüm rol oynayacağını ehtimal edirlər.
Qeyd edək ki, “Yeraltı” serialı son dövrlər dinamik süjeti və fərqli yanaşması ilə seçilərək geniş auditoriya toplaya bilib. Yeni aktyorun qatılması isə layihəyə marağı daha da artıracaq kimi görünür.
Könül
Musavat.com
