RU

Azərbaycanda 43 plastik cərrahın fəaliyyəti dayandırılıb

Bakı. Trend:

Azərbaycanda aparılan yoxlamalar nəticəsində 43 plastik cərrahınfəaliyyəti dayandırılıb.

Trend xəbərverir ki bu fikirləri bu gün Dövlət Həkimləri Təkmilləşdirməİnstitutunun nəzdində fəaliyyətə başlayan Plastik və RekonstruktivCərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov jurnalistlərəaçıqlamasında deyib.

D.Məmmədov bildirib ki, səhiyyə naziri Teymur Musayev tərəfindənyaradılmış xüsusi təftiş komissiyası özəl tibb müəssisələrindəfəaliyyət göstərən mütəxəssislərlə bağlı araşdırmalar aparıb.Yoxlamalar zamanı müəyyən edilib ki, bəzi hallarda ixtisası uyğunolmayan şəxslər plastik cərrah kimi fəaliyyət göstərib.

“Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət klinikalarındayalnız ixtisaslı mütəxəssislər çalışır.

Bəzi özəl klinikalarda plastik cərrahi müdaxilələrdən sonraağırlaşmalar da qeydə alınır. Bu səbəbdən tibbi xidmətlərinkeyfiyyətinin artırılması, əməliyyatların protokollara uyğunaparılması və mümkün fəsadların qarşısının alınması məqsədilə əlavətədbirlər görülür.

Son dövrlərdə pasiyentlər həkim seçimi və tibbi prosedurlarbarədə daha çox araşdırma aparır ki, bu da ümumi səhiyyəxidmətlərinin səviyyəsinə müsbət təsir göstərir”.

Baş həkim vurğylayıb ki, bu sahədə aparılan islahatlarnəticəsində mövcud problemlər mərhələli şəkildə aradanqaldırılacaq.

Избранный
25
1
az.trend.az

2Источники