Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi biletlərin hazırlanması üzrə mətbəə-çap məhsullarının alınmasına 398 250 AZN sərf edəcək.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, müvafiq xidməti “Art Point Reklam” MMC göstərəcək.
Dövlət Xidməti və şirkət arasında müqavilə bağlanıb, işlərin icrasına başlanılıb.