RU

Bu məşhur müğənni Rasim Balayevin QOHUMU İMİŞ…

Müğənni Aynur Dadaşova açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, verdiyi müsahibədə mərhum Xalq artisti, tanınmış aktyor Rasim Balayev ilə qohumluq əlaqəsinin olduğunu açıqlayıb. O bildirib ki, bu fakt onun üçün böyük qürur mənbəyidir:

“Çox xoşbəxtəm ki, Rasim Balayev kimi sənətkar mənim qohumumdur. Ailələrimiz arasında qız alıb-vermə də olub”.

Aynur Dadaşova əlavə edib ki, digər məşhur sənətkar Lütfiyar İmanov da ailə yaxınları sırasına daxildir: “Lütfiyar İmanov mənim xalamın qayınatası olub”.

Müğənni uzun illər sənətdə fəaliyyət göstərməsinə baxmayaraq, böyük sənətkarların yanında hər zaman həyəcan keçirdiyini də etiraf edib: “37 ildir bu sənətdəyəm, amma yaşlansam da, sənətkarların yanında həmişə çəkindim, məsuliyyət və həyəcan hiss etdim”.

Onun bu etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Избранный
3
6
editor.az

7Источники